Bankir özünü göydələndən atdı
19 Fevral 2014 Çərşənbə 00:22
33 yaşlı kişinin “JP Morgan”da kiçik investisiya bankiri işlədiyi bildirilir.
Honq-Konq şəhərində fevralın 18-də 33 yaşlı bank işçisi özünü 30 mərtəbəli binanın damından özünü atıb.

ANS PRESS “South China Morning Post”a istinadən bildirir ki, xəstəxanaya yerləşdirilən kişi tezliklə keçinib. Kişi özünü atmazdan öncə polis onunla danışıq aparmağa çalışıb. Soyadı Li olan kişinin “JP Morgan”da kiçik investisiya bankiri işlədiyi bildirilir.

“Chater House” adlanan binada “JP Morgan”ın Asiya-Sakit okean regionu üzrə baş ofisi yerləşir. Kişini intihara nəyin sürüklədiyi bəlli deyil.


DOSTLARINLA PAYLAŞ:

oyunlar