Bank işçiləri girov götürülüb
13 May 2009 Çərşənbə 14:10
Türkiyədə silahlı şəxslər bank işçilərini girov götürüb.Bankda təxminən 10 nəfərin olduğu bildirilir

Türkiyənin İzmir şəhərində Kuşadasında sahil kənarında olan banka girən silahlı kişilər, işçiləri girov götürüb. Bu barədə CNN Türk məlumat verib. Hadisə yerinə polislər gəlib. Ətrafı nəzarətə götürən polis silahlı şəxslərin içəridəkilərə zərər vurmamaları üçün çağırışlar edirlər. Bankda təxminən 10 nəfərin olduğu bildirilir. Bir az əvvəl isə girovlardan biri olan qadın əlləri bağlı şəkildə bankın binasından azad edilib.  

Bəzi şahidlər içəridən silah səsləri gəldiyini bildiriblər. 
 
/ANS PRESS/


DOSTLARINLA PAYLAŞ:

oyunlar