Ban Ki Mun: Nüvə təhdidi oyun deyil
05 Aprel 2013 Cümə 10:14
BMT-nin Baş katibi Ban Ki Mun Şimali Koreyanın nüvə hədə-qorxuları ilə çox irəli getdiyini bəyan edib.
"Nüvə təhdidləri bir oyun deyil". Bunu BMT-nin Baş katibi Ban Ki Mun Şimali Koreyanın nüvə müharibəsi təhdidlərinə münasibət bildirərkən deyib. İspaniyanın Baş naziri Mariano Raxoyla görüşündən sonra birgə mətbuat konfransında bu barədə danışan Ban Ki-mun bildirib ki, Şimali Koreyanın hədə-qorxuları narahatlıq doğurucu bir haldır.

"Pxenyan hökuməti Koreya yarımadasıdakı gərginliyin azalması və yarımadada sülh və sabitliyin bərqərar edilməsi üçün daha konstruktik davranmalıdır. Hər iki tərəfi gərginliyin azalması üçün dialoqa çağırıram. Nüvə təhdidi bir oyun deyil, çox ciddi bir şeydir. Şimali Koreya öz bəyənatlarında çox irəli gedib və yanlış bir qərarla ediləcək səhv çox ciddi nəticələrə gətirib çıxara bilər".

Xatırladaq ki, bir müddət əvvəl Şimali Koreya öz hərbçilərinə ABŞ ərazisinə raket zərbəsi vurmağa, eləcə də nüvə silahından istifadə etməyə icazə verdiyini bəyan edib. Cənubi Koreya isə Şimali Koreyanın öz şərq sahillərində "uzaq mənzilli" raketlər yerləşdirdiyini bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar