Balkan ölkələri Avropa Birliyini bezdirdi
25 May 2011 Çərşənbə 04:17
Başda Makedoniya və Serbiya olmaqla Balkan ölkələrindən Avropaya mühacirət halları çoxalıb
Avropa Birliyi (AB) Komissiyası başda Makedoniya və Serbiya olmaqla Balkan ölkələrindən mühacirət hallarının çoxalması ilə viza qaydalarına dəyişiklik təklif edib. Komissiya hesab edir ki, vizaların ləğvindən sonra bəzi Balkan ölkələrindən mühacirət üçün çoxalan müraciətlər sui-istifadə səviyyəsinə çatıb. Qeyd edək ki, dəyişiklik təklifində sui-istifadə hallarının qarşısını almaq üçün vizasız səyahət imkanından istfadə edən bu ölkələrə müvəqqəti və ya daimi viza şərti qoyulması tələb olunub.
DOSTLARINLA PAYLAŞ: