Ukrayna Ali Radanın deputatı Vasil Çervoniy ildırım vurması nəticəsində həlak olub. Hadisə Kostopolsk rayonunun Derajnoe qəsəbəsi yaxınlığında deputatın balıq tutması zamanı baş verib. Ağır vəziyyətdə reanimasiya şöbəsinə çatdırılan Çervoniyin həyatını xlas etmək mümkün olmayıb. Ukrayna FHN-nin verdiyi məlumata görə isə deputat yolda keçinibmiş.
Vasil Çernoviy Ukrayna parlamentinə 1990-cı ilə seçilib və o vaxtdan 3 dəfə mojaritar qaydada yeni depuat seçilib. 2002-ci və 2004-cü illərdə isə Çervoniy Viktor Yuşşenkonun blokunun vilayət üzrə seçki qərargahının rəhbəri olub./ANSPRESS/