Balaban Soçidə erməni aləti kimi təqdim ediləcək
11 Fevral 2014 Çərşənbə Axşamı 22:30
Gevork Dabaqyan: Mən gərək əlimdən gələn hər şeyi edim və yaxşı çıxış edim.
Erməni balabançı Gevork Dabaqyan rusiyalı dirijor Yuri Başmetin dəvəti ilə fevralın 18-də Soçiyə Qış İncəsənət festivalının bağlanış mərasimində çıxış etməyə gedəcək.

ANS PRESS-in məlumatına görə, “Panarmenian” saytına müsahibə verən balabançı bağlanış konsertinin fevralın 20-də olacağını deyib. Konsertdə o, erməni bəstəkarı Komitasın və çağdaş bəstəkar Vaçe Şarafyanın əsərlərini ifa edəcək.

“Mən Başmetlə artıq beşinci ildir ki, işləyirəm, bizim birgə konsertlərimiz olub, amma bu dəvətnamə məndən ötrü gözlənilməz oldu”, - deyən Gevork Dabaqyan söyləyib: “Mən gərək əlimdən gələn hər şeyi edim və yaxşı çıxış edim”.

Soçi Qış İncəsənət Festivalı fevralın 6-da Olimpiadadan bir gün öncə başlayıb və məqsədi Olimpiadaya gələnləri regionun mədəniyyəti ilə tanış etməkdir. Festival Olimpiya oyunlarının dağ klasterinin yerləşdiyi "Krasnaya polyana"da keçirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar