Bakiyevin qardaşı oğlu da həbs edildi
25 İyun 2010 Cümə 13:05
Sanjar Bakiyev kütləvi iğtişaşların təşkilində təqsirləndirilir.
Qırğızıstanın Cəlalabad vilayətində bu ölkənin devrilmiş prezidenti Kurmanbek Bakiyevin qardaşı oğlu Sanjar Bakiyev həbs edilib. ANS PRESS “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, Sanjar Bakiyev respublikanın cənub bölgəsində kütləvi iğtişaşların təşkilində şübhəli bilinir.

Qırğızıstanın Daxili İşlər Nazirliyindən isə “İnterfaks”a bildiriblər ki, eks prezidentin qardaşı oğlu dağlarda aparılan xüsusi əməliyyat zamanı həbs edilib. Onun çoxdan dağlardan gizləndiyi məlum imiş. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar