Bakıyevin oğlu həbs edilib
15 İyun 2010 Çərşənbə Axşamı 10:55
Bakıyevin oğlunun Böyük Britaniyada saxlandığı bildirilir.
Qırğızıstanın sabiq dövlət başçısı Kurmanbek Bakiyevin oğlu Maksim Böyük Britaniyada həbs edilib. Bu barədə Qırğızıstanın Birinci milli kanalı məlumat verib. "AKİpress" agentliyinin məlumatına görə, xəbəri, telekanala açıqlama verən Dövlət Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Keneşbek Duyşbayev təsdiqləyib.
İnterpolun xətti ilə axtarışda olan Maksim Bakiyevin Böyük Britaniyanın sərhəd agentliyinin keçirdiyi gizli əməliyyat nəticəsində həbs edildiyi deyilir. Britaniya nəşri "The Sun"ın verdiyi məlumata görə, keçmiş prezident Bakiyevin oğlu Qırğızıstandan iki ay bundan qabaq qaçıb. O, Böyük Britaniyanın ərazisində sığındığı yerdə saxlanılıb. Belə ki, Maksim Bakiyev Qempşirdəki Franboro aeroportuna şəxsi təyyarə ilə gəlib. Lakin düşən kimi onu bu ölkənin sərhəd agentliyinin əməkdaşları həbs ediblər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: