Bakiyevin istefa xəbəri təkzib olundu
16 Aprel 2010 Cümə 13:40
Əhməd Bakiyev prezidentin istefasına dair faksı saxta adlandırıb.
Qırğızıstan prezidenti Kurmanbek Bakiyevin qardaşı Əhməd Bakiyev ölkə başçısının istefası barədə faksı saxta adlandırıb.
"Hazırda Kurmanbek Saliyeviçin xaricdə danışıqları davam edir. İstefa barədə məsələ hələ qalxmayıb. Bu faks saxtadır", - deyə Əhməd Bakiyev bildirib.
Xatırladaq ki, Qırğızıstan müvəqqəti hökumətinin nümayəndələri bildirirlər ki, Bakiyev cümə günü gecə Qazaxıstandan istefası barədə bəyanatın əks olunduğu faks göndərib.
Əhməd Bakiyevin sözlərinə görə, qardaşı ilə müvvəqəti hökumət nümayəndləri arasında danışıqların gedib-getmədiyi hələ məlum deyil. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: