Bakiyev Qırğızıstana qoşun yeridilməsini xahiş edib
12 May 2010 Çərşənbə 10:50
Bakiyev bu istəyini Belarus prezidenti vasitəsilə dilə gətirib.
Belarus prezident Aleksandr Lukaşenko MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) mayın 8-də Moskvada keçirilən qeyri-rəsmi sammitinə Qırğızıstanın devrilmiş prezidenti Kurmanbek Bakiyevin məktubunu gətirib. “Vremya novostey” qəzetinin yazdığına görə, Bakiyev məktubda Qırğızıstana qoşun yeridilməsini xahiş edib.

Qəzetin yazdığına görə, Bakiyev KTMT hərbi kontingentinin Qırğızıstana daxil edilməsinə dair xahişini ölkədə vəziyyətin normallaşdırılmasına zərurətin yaranması ilə izah edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar