Bakiyev qayıdır?
12 May 2010 Çərşənbə 17:05
Bişkekdə keçirilən mitinqə toplaşanlar müvəqqəti hökuməti istefaya çağırır.
Bu gün səhər saatlarından başlayaraq Bişkekin mərkəzində yerləşən parlament binası qarşısına toplaşan insanlar müvəqqəti qırğız hökumətinin buraxılması və əvvəlkinin bərpa olunmasını tələb etməyə başlayıb.
Yerli kütləvi informasiya vasitələrinin yazdığına görə, mitinqə təribən 3000 qırğız toplaşıb.
Qeyd edək ki, aprelin əvvəllərində Kurmanbek Bakiyev hökuməti devrilib və hakimiyyət ölkənin sabiq xarici işlər naziri Roza Otunbayevanın rəhbərlik etdiyi müvəqqəti hökumətin əlinə keçib. Həmin vaxtlarda baş verən qarşıdurmalar zamanı 85 nəfərdən çox insan həlak olub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: