Bakiyev ölkəni tərk edib
15 Aprel 2010 Cümə Axşamı 19:20
Qırğızıstan prezidenti Bakiyev Qazaxıstana yollanıb.
Qırğızıstan prezidenti Kurmanbek Bakiyev Qazaxıstana gedib. Rusiya kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, Bakiyevin Qazaxıstana səfərinin məqsədi ölkə prezidenti Nursultan Nazarbayevlə görüşməkdir.

Qeyd edək ki, bir qədər əvvəl Kurmanbek Bakiyev Cəlalabadda öz tərəfdarlarına bildirmişdi ki, Qırğızıstanda vəziyyəti necə ələ almaq barədə qazaxıstanlı həmkarından məsləhət alacaq.

Bu arada Qırğızıstan prezidenti Kurmanbek Bakiyev qeyd edib ki, Belarus hökumətindən ona siyasi sığınacaq təklif olunub, lakin o bu təklifdən imtina edib: “Belarus hökuməti mənə siyasi sığınacaq təklif etsə də, bu təklifdən imtina etdim. Mən yox cavabı verdim”.

Bakiyevin sözlərinə görə, Qırğızıstanın müvəqqəti hökuməti ilə danışıqlar davam edir. O, müvəqqəti hökumətin başçısı Roza Otunbayevanın onun təhlükəsizliyini təmin edən fərman imzalayacağını ehtimal edir.

Xatırladaq ki, Qırğızıstanda kütləvi iğtişaşlar aprelin 6-da başlayıb və tezliklə bütün ölkə ərazisini əhatə edib. Müxalifət tərəfdarları ilə asayiş keşikçiləri arasında baş verən toqquşa zamanı 84 nəfər həlak olub, 1500-dən isə yaralıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar