Bakiyev istefa vermədiyini bəyan edib
21 Aprel 2010 Çərşənbə 15:15
Qırğızıstan prezidenti mətbuata açıqlama verib.
Qırğızıstan prezidenti Kurmanbek Bakiyev Belarusun paytaxtı Minsk şəhərində mətbuata açıqlama verib. O, Qırğızıstanın prezident postundan istefa vermədiyini bəyan edib.
“Mənim xalqım bu gün dəhşətli faciə yaşayır. Fırıldaqçılar dəstəsi özlərini hakimiyyət elan edərək ölkədə özbaşınalıqla məşğul olurlar. Mən bir prezident və Konstitusiyanın zamini kimi baş verənlərə görə məsuliyyət daşıyıram. Mən bunun qarşısını almalıyam. Mən öz istefamı rədd edirəm”, - deyə o bildirib.
Qeyd edək ki, Bakiyev Belarus prezidenti Lukaşenkonun dəvəti ilə Minskdədir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: