“Bakı ilə müqayisədə İrəvan geridə qalmış bir kənd kimi görünür”
25 May 2011 Çərşənbə 10:33
Türkiyənin xarici işlər naziri Bakının gündən günə gözəlləşdiyini deyib
“Hər dəfə Bakıya getdiyimdə şəhərin gözəlləşməsindən qurur duyuram”. Bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu TRT kanalında “Açı” proqramında politoloqlarla söhbətində Azərbaycanda gedən tərəqqidən bəhs edərkən deyib.

Azərbaycanda sürətli iqtisadi inkişafdan əldə olunan gəlirin bir hissəsinin də paytaxt Bakının abadlaşmasına yönəldildiyini vurğulayan türkiyəli nazir qeyd edib ki, gündən-günə gözəlləşən Bakı ilə İrəvanı müqayisə etdikdə, sonuncu geridə qalmış bir kənd kimi görünür.

Türkiyənin xarici işlər naziri Azərbaycanın nüfuzlu “Evrovision – 2011” mahnı müsabiqəsində qələbəsini də ölkəmizin inkişafının bir əlaməti kimi dəyərləndirib, bundan böyük sevinc hissi keçirdiyini söyləyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar