Bağdatda iki partlayış baş verib, ölənlər var
03 Avqust 2014 Bazar 18:11
Bağdatda meydana gələn iki müxətlif partlayışda 19 nəfər ölüb.
İraqın paytaxtı Bağdadda meydana gələn iki müxtəlif partlayışda 19 nəfərin öldüyü, 11 nəfərin isə yaralandığı bildirilir.
ANS PRESS-in məlumatına görə, təhlükəsizlik qaynaqları bildiriblər ki, paytaxtın əl-Mənsur səmtində yola qoyulan partlayıcının işə düşməsi nəticəsində 15 nəfər ölüb, 7 nəfər isə yaralanıb.
Yermuk səmtində meydana gələn bir başqa bombalı hücumda isə 4 nəfərin öldüyü, 4 nəfərin isə yaralandığı bildirilir.
Qeyd edək ki, İŞİD terrorist təşkilatının paytaxtdan 60 km uzaqlıqda Mosulu ələ keçirməsindən sonra nüfuz boşluğunun yaşandığı şəhərdə tez-tez bombalı hücumlar və partlayışlar baş verir.
DOSTLARINLA PAYLAŞ: