Bağdadın “yaşıl zona”sı minatanlardan atəşə tutulub
16 Sentyabr 2009 Çərşənbə 02:45
Hadisə ABŞ-ın vitse-prezidenti Cozef Baydenin Bağdada elan olunmamış səfəri zamanı baş verib
İraqın paytaxtındakı “yaşıl zona”nın minaatanlardan atəşə tutulması nəticəsində iki nəfər ölüb, beş adam yaralanıb. ANS PRESS, “Reuters” agentliyinə istinadən xəbər verir ki, hadisə ABŞ-ın vitse-prezidenti Cozef Baydenin Bağdada elan olunmamış səfəri zamanı baş verib.
Polisin məlumatına görə, ölən və xəsarət alanların hamısı yerli sakinlər olub. “Yaşıl zona”da dörd partlayış baş verib. Onlardan ikisi ABŞ səfirliyinin yaxınlığında olub. Həmin vaxt Cozef Baydenin harada olduğu məlum deyil.


DOSTLARINLA PAYLAŞ:

oyunlar