Bağdadda zəvvarlar atəşə tutuldu
07 İyul 2010 Çərşənbə 02:25
Silahlılar şiə zəvvarlara qumbaratanlardan atəş açıblar.
Bağdadın bir neçə rayonunda naməlum şəxslər şiə zəvvarları atəşə tutublar. Hadisə nəticəsində 6 nəfər ölüb, 50-dən artıq adam yaralanıb. Polisin məlumatına görə, silahlılar zəvvarları qumbaratanlardan atəşə tutublar və qumbara atıblar.

Ümumilikdə, İraqda son illər zorakılıq səviyyəsi 2006-2007-ci illərlə müqayisədə azalıb. Lakin martda keçirilən və qalibin müəyyənləşmədiyi parlament seçkilərindən sonra ölkədə gərginlik artıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar