Bağdadda yenə partlayış baş verib
28 İyul 2009 Çərşənbə Axşamı 23:22
İnsident nəticəsində 8 nəfərin həlak olduğu bildirilir

 

Bu gün Bağdadda baş verən növbəti partlayış zamanı 8 nəfər həlak olub. ANS PRESS-in “BBC”yə istinadən verdiyi xəbərə görə, bu məlumatı İraqın hakim dairələri də təsdiq edib.

Belə ki, hadisə çərşənbə axşamı paytaxt Bağdadın şərqində yerləşən kinoteatr yaxınlığında motosikletin partlaması nəticəsində baş verib.

İnsident nəticəsində daha 13 nəfərin yaralandığı bildirilir. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar