Bu gün İraqın paytaxtı Bağdadda terror aktı baş verib. Küçədə saxlanılan maşına quraşdırılmış partlayıcı qurğunun partlaması nəticəsində 13 nəfər ölüb, 39 nəfər isə yaralanıb. «Reuters»in məlumatına görə, partlayış baş verən zaman maşının yanında bir qrup inşaat işçisi olub. Polisin məlumatına grə, ölənlərin sayının artacağı istisna deyil.
Qeyd edək ki, Bağdadda axırıncı dəfə güclü partlayış mart ayının 26-da baş vermişdi. Terror aktı nəticəsində 20 nəfər ölmüşdü. /ANS PRESS/