Bağdadda terror: 23 ölü
28 Oktyabr 2012 Bazar 02:27
İraq paytaxtında iki avtomobil partladılıb.
İraqın paytaxtı Bağdadın şiələr yaşayan rayonunda iki avtomobilin partladılması nəticəsində azı 23 nəfər ölüb. ANS PRESS xəbər verir ki, məlumatı “Reuters” agentliyi polisə və həkimlərə istinadən yayıbö
“France Press”in məlumatına görə, ötən gün Bağdadda daha bir neçə terror aktı törədilib. Nəticədə 17 nəfər blüb.
Qeyd edək ki, bu günlərdə müsəlmanlar Qurban bayramını qeyd edirlər. “Sinhua” agentliyinin məlumatına görə, adətən bayram günlərində İraqda terror aktlarının sayı və miqyası artır.
DOSTLARINLA PAYLAŞ: