Bağdadda şiə zəvvarlara qarşı növbəti terror: azı 28 ölü
08 İyul 2010 Cümə Axşamı 00:20
Zəvvarların arasına girən terrorçunun törətdiyi partlayış nəticəsində 62 nəfər xəsarət alıb.
Bağdadda törədilən partlayış nəticəsində azı 28 nəfər həlak olub, 62 adam xəsarət alıb. Məlumatı şəhər polisinin və İraq Daxili İşlər Nazirliyinin nümayəndələri veriblər.
Partlayış zəvvarlar imamlardan 7-cisi-Museyi Kazımın məqbərəsinə gedərkən baş verib. Terrorçu zəvvarların arasına girərək, partlayıcı qurğunu işə salıb. Partlayışın təfərrüatları barədə məlumat yoxdur.
Qeyd edək ki, hadisənin baş verdiyi körpü 2005-ci ildə də qanlı hadisələrlə yadda qalmışdı. Həmin vaxt körpüyə bomba qoyulması barədə məlumatla əlaqəda yaranan basabas zamanı təxminən 100 şiə zəvvar həlak olmuşdu. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: