İraqın paytaxtı Bağdadda bu gün baş verən partlayışlar nəticəsində 41 nəfər ölüb. «Reuters»in məlumatına görə, hadisə paytaxın şimal-şərq kvartalında Sədr Siti yaşayış məntəqəsində, bazarda qeydə alınıb. Minalanmış iki maşının parladılması nəticəsində daha 68 nəfər isə yaralanıb. Partlayışlar bir birinin ardınca, demək olar ki, bir dəqiqənin ərzində baş veriblər.
Hələlik partlayışa görə, məsuliyyəti heç kim üzərinə götürməyib./ANS PRESS/