Bağdadda məsciddə partlayış baş verib, 9 ölü
    25 Avqust 2014 Bazar Ertəsi 17:54
    Mücahid şiə məscidində ümumi dua zamanı partlayıcı qurğunu işə salıb.
    
                	 
    
         Bağdadda partlayış nəticəsində ən azı doqquz insan həlak olub. 
ANS PRESS-in məlumatına görə, bu haqda yerli polis idarəsi xəbər yayıb.
Xəbərdə deyilir ki, mücahid şiə məscidində ümumi dua zamanı partlayıcı qurğunu işə salıb.
Hücum Bağdaddan şimal-şərqdə yerləşən şəhərdə sünni məscidinə döyüşçülərin hücumundan bir neçə gün sonra olub. 
Həmin partlayış zamanı 70 insan həlak olmuşdu.
Qeyd edək ki, İraqda vəziyət günü-gündən qəlizləşir.
DOSTLARINLA PAYLAŞ: