Bağdadda insan qətli adi hal alıb
25 Yanvar 2010 Bazar Ertəsi 18:25
Bu gün İraq paytaxtında 3 partlayış törədilib
Bu gün İraq paytaxtı Bağdadda törədilən 3 partlayış nəticəsində ən azı 11 nəfər həlak olub. Partlayışlardan biri paytaxt mehmanxanası, digər iki terror aktı isə xarici səfirliklər və dövlət müəssisələrinin yerləşdiyi bina yaxınlığında törədilib.
Şahidlərin sözlərinə görə, partlayış nəticəsində əmələ gələn tüstü Bağdad səmasında yüzlərlə metr yuxarı qalxıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: