Bağdadda iki partlayış baş verib, azı 18 nəfər ölüb
28 Oktyabr 2011 Cümə 01:29
Terrorçular ənənəvi “tələ partlayış” üsulundan istifadə ediblər.
Bağdadın şimal-qərbində iki partlayış baş verib. “Reuters” agentliyinin polisdəki mənbələrə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində azı 18 nəfər ölüb,40 adam yaralanıb.

Birinci partlayış polis patrulu keçərkən baş verib. Təcili yardım briqadaları yaralıları hadisə yerindən təxliyə edən zaman ikinci partlayış törədilib.

Qeyd edək ki, İraqda belə “tələ partlayış”lardan tez-tez istifadə olunur. Əvvəlcə bir partlayış törədilir. Hadisə yerinə hüquq-mühafizə orqanları və təcili tibbi yardım xidmətinin əməkdaşları toplaşdıqdan sonra isə ikinci partlayış baş verir. Bu zaman tələfat da böyük olur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar