Bağdadda iftara yığışanlara hücum
25 İyul 2014 Cümə 12:24
Bağdadda iki partlayış 21 nəfərin ölümünə səbəb olub.
İraqın paytaxtı Bağdadda növbəti terror aktı törədilib.
İki avtomobil partlayışı azı 21 nəfərin ölümünə, 33 nəfərin də yaralanmasına səbəb olub.
Ardıcıl partlayışlar şəhərin sıx məskunlaşmış Kərrada rayonunda, restoran yaxınlığında törədilib.
Məlumata görə, hücuma məruz qalanlar iftar süfrəsinə toplaşan yerli sakinlər olub.
Hücuma görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.
DOSTLARINLA PAYLAŞ: