Bağdadda fahişəxanaya hücum edilib, 29 ölü
13 İyul 2014 Bazar 16:03
Binanın giriş qapısında "Fahişəliyin qədəri budur" yazılan yazı yapışdırılıb.
Bağdadda iki binaya təşkil edilən silahlı hücumda ən azı 29 adam həlak olub.

ANS PRESS-in məlumatına görə, ölənlərin 20-si qadın olub. İraq polisi hücumun dünən gecə Bağdadın şərqindəki Zayuna məhəlləsində baş verdiyini bildirib. Polisin bildirdiyinə görə, iki binanın da fahişəxana olaraq istifadə edildiyi məlum olub. Binanın giriş qapısında "Fahişəliyin qədəri budur" yazılan yazı yapışdırılıb.

Zayuna məhəlləsi sakinləri hücum edənlərin mühafizəkarlar olduğunu bildirib.

Qeyd edək ki, bundan öncədə Zayunaya bu cür basqınlar edilib. Ötən il bir fahişəxana hücum etmiş silahlı qruplaşma 7-i qadın olmaqla 12 nəfəri öldürülmüşdü.


DOSTLARINLA PAYLAŞ:

oyunlar