Bağdadda beton divarlarının sökülməsinə başlanılıb
09 Avqust 2009 Bazar 17:45
Proses 40 gün davam edəcək

 

Bu gün Bağdadda 2003-cü ildə tikilən beton divarlarının sökülməsinə başlanılıb və 40 gün ərzində əhalini, eləcə də dövlət və digər obyektləri terrorçu kamikadzelərdən qoruyan beton divarlarının sökülməsi prosesi davam edəcək. Qeyd edək ki, bu divarlar şəhərin hər yerində, küçələrdə, bazarlarda, mikrorayonlarda da tikilmişdi. İraq paytaxtının mərkəzi operativ komandanlığının təmsilçisi, general mayor Qasım əl Musəvinin sözlərinə görə, divarlar şəhərin magistral və ikinci dərəcəli yollarından yığışdırılacaq. Bundan başqa Bağdad şəhərinin digər yerlərindən də divarların söküləcəyi istisna edilmir.

Bu divarları tikən Amerika hərbçiləri İraq hakimiyyətinin bu planlarından xəbərdar olduqlarını bildiriblər. Onların fikrincə, bu kimi qərarın qəbul edilməsi İraq hakimiyyətinin özündən əminliyinin nişanəsidir.
İraqlılar «antiterror divarları»nı sökərkən bir problemlə də üzəşiblər. Mərkəzi operativ komandanlığının təmsilçisi, general mayor Qasım əl Musəvi isə milyonlarla ton betonu hara və necə aparacaqları barədə heç bir məlumat verməyib. Xatırladaq ki, antiterror beton divarların sökülməsi haqqında qərar bir neçə gün öncə İraqın Nazirlər Şurası tərəfindən qəbul edilmişdi.

Qeyd edək ki, divarların sökülməsi barədə məlumatı İraqın baş nazirinin mətbuat katibi Yasin Məcdid də verib. Onun sözlərinə görə, beton divarlar ilk növbədə yaşıl zonalarda söküləcək. Yaşıl zona dövlət qurumlarının binalarının yerləşdiyi əraziyə deyilir və burada «antiterror divarları» nəqliyyatın gediş -gəlişinə mane olur.
Qeyd edək ki, bu kimi qərarlar dövlət tərəfindən əvvəllər də verilirdi. Lakin onları reallaşdırmaq mümkün olmurdu. /ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar