Bağdadda bazarda partlayış baş verib, 40 ölü
07 Avqust 2014 Cümə Axşamı 00:52
Bağdadın şiə rayonlarından birində yerləşən bazarda avtomobilə yerləşdirilmiş partlayıcı qurğunun işə düşməsindən 40 nəfər həlak olub.
ANS PRESS-in məlumatına görə, daha əvvəl İraq ordusu Mosulda "İslam dövləti" qruplaşmasının mövqelərinə zərbə vurub. Ölkə baş nazirinin mətbuat xidmətinin məlumatına görə, 60 insan həlak olub.

İraqda bu ilin birinci ayları ərzində şiələrin və sünnilərin qarşıdurması güclənib, həmçinin Bağdadın şiə rayonlarına hücumlar xüsusən çoxalıb.

Keçən ay İraq qoşunları cənubda "İslam dövləti"nin irəliləyişinin qarşısını almağı bacarıb.

Bununla belə döyüşçülər İraq və Suriya ərazisində xəlifənin yaradılması haqqında xəbər verirlər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar