Bağdadda ardıcıl terror aktları törədilib
16 Mart 2014 Bazar 06:55
Uşaqlar da daxil olmaqla 22 nəfərin öldüyü, 44 nəfərin yaralandığı, onlardan isə 7-nin vəziyyətinin ağır olduğu qeyd edilir.
Ötən gün İraqın paytaxtı Bağdadda meydana gələn ardıcıl terror hadisələrində 26 adamın öldüyü, 44 adamın yaralandığı bildirilib.
ANS PRESS-in xəbərinə Bağdadın fərqli səmtlərində 5 avtomobilə partlayıcı quraşdırılması nəticəsində, uşaqlar da daxil olmaqla 22 nəfərin öldüyü, 44 nəfərin yaralandığı, onlardan isə 7-nin vəziyyətinin ağır olduğu qeyd edilir.
Diyala şəhərinin Əbu Seyda Məhəlləsində isə evlərdən birinə basqın edən naməlum şəxslər evdəki 8 yaşlı uşağı öldürərək qaçıblar. Başqa bir qanlı olay da Əbu Kərmə kəndində baş verib. Kənddə yaşayan 85 yaşlı Fatma əl-Abidi və 50 yaşlı oğlu Yasin ed-Deleymi də silahlı hücum nəticəsində dünyalarını dəyişiblər.
DOSTLARINLA PAYLAŞ: