Bağdadda ardıcıl partlayışlar olub
13 İyul 2009 Bazar Ertəsi 01:20
Partlayışların ən ciddisi Bağdadın qərbindəki kilsənin yaxınlığında qeydə alınıb

İraqın paytaxtı Bağdaddakı xristian kilsələri yaxınqlığında ardıcıl partlayışlar baş verib. ANS PRESS, “Reuters” agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində dörd nəfər ölüb, 30-dan çox adam xəsarət alıb.
Partlayışların ən ciddisi Bağdadın qərbindəki kilsənin yaxınlığında qeydə alınıb. Parğlayıcı qurğu quraşdırılmış avtomobilin partlaması nəticəsində dörd nəfər ölüb, 21 adam yaralanıb. Polisin məlumatına görə, yaralılardan 8 nəfəri xristiandır.
Bundan cəmi bir dəqiqə sonra Bağdadın cənubi hissəsində yerləşən Dora rayonunda növbəti partlayış baş verib. Bu dəfəki insident nəticəsindən üç nəfər yaralanıb, bir bina dağılıb.
Bu da Bağdadda ötən gün ərzində baş vermiş sonuncu qanlı hadisə olmayıb. İkinci partlayışdan bir neçə dəqiqə sonra polisə İraq paytaxtının Qədir rayonundakı kilsələrin çıxışlarında üç partlayış barədə məlumat daxil olub. Partlayışlardan biri 7 nəfərin xəsarət alması ilə nəticələnib.
Keçirilmiş aksiyaya görə radikal qruplaşmalardan heç bir məsuliyyəti öz üzərinə götürməyib. Qeyd edək ki, İraqda təxminən 750 min xristian, 27 milyondan artıq mümsəlman yaşayır. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar