Bağdad təşviş içindədir
02 Noyabr 2010 Çərşənbə Axşamı 23:40
Bağdad təşviş içindədir. Silsilə partlayışlar nəticəsində 62 adam ölüb, 180 nəfər yaralanıb.
İraqın paytaxtı Bağdad şəhərində bu gün baş verən silsilə partlayışlar nəticəsində ən azı 62 nəfər həlak olub. Bu barədə "Associated Press" yerli hüquq-mühafizə orqanlarına və tibb personalına istinadən məlumat yayıb.

Məlumata görə, partlayışlar nəticəsində 180 nəfər yaralanıb.

Birinci partlayış günün ikinci yarısında baş verib. Yol kənarında içərisinə bomba quraşdırılmış avtomobil partlayıb. Digər partlayışlar isə insanların daha sıx olduğu ərazidə, paytaxt kafelərinin birinin qarşısında baş verib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar