Bağdad stadionunda partlayış: 5 futbolçu öldü
26 İyun 2012 Çərşənbə Axşamı 04:51
Yeni bir partlayış ehtimalına qarşı ərazidəki insanlar evakuasiya edilib
İraqın paytaxtı Bağdadda baş vermiş növbəti partlayış 5 futbolçunun ölümü ilə nəticələnib. Məlumata görə, hadisə Bağdadın cənubundakı “Xalq” stadionunun yanında baş verib və terrorçuların hədəfi qarışlaşmaya gedən futbolçular olub. Partlayış nəticəsində 5 futbolçu ölüb, 21 nəfər isə yaralanıb. Qeyd edək ki, yaralılardan 2 nəfərin polis olduğu bildirilib. Yeni bir partlayış ehtimalına qarşı ərazidəki insanlar evakuasiya edilib.
DOSTLARINLA PAYLAŞ: