Bağdad şəhəri yenə qana bulandı
14 Oktyabr 2014 Çərşənbə Axşamı 11:23
Üç müxtəlif partlayışda 32 nəfər öldü, 70 nəfər isə xəsarət aldı.
İraqın paytaxtı Bağdadda ötən gün daha üç bombalı hücum həyata keçirilib.

ANS PRESS-in məlumatına görə, polis mənbələrindən verilən açıqlamada üzərinə bomba quraşdırılmış naməlum bir şəxsin Ədən meydanında partlayıcı qurğunu işə salması nəticəsində ətrafda olan 22 nəfərin ölümünə, 41 nəfərin isə yaralanmasına səbəb olduğu bildirilir.

Daha sonra paytaxtın şərqində yerləşən əs-Sadr bölgəsində də bombalı hücum həyata keçirilib və burada 8 nəfər ölüb, 23 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bağdadın şərqindəki başqa bir bölgədə isə baş verən partlayışda 2 nəfər ölüb, 6 nəfər isə yaralanıb.

Qeyd edək ki, bir neçə gündür Bağdadda bu cür partlayışların həyata keçirilməsi intensiv hal alıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar