Bağdad həbsxanasından 20 məhkum qaçdı
18 Noyabr 2010 Cümə Axşamı 03:00
Onlar təcridxanadakı qiyamdan istifadə ediblər.
İraqın paytaxtı Bağdaddakı əsas istintaq təcridxanalarından birində qiyam baş verib. Yerli polisin məlumatına görə, qiyam zamanı azı 20 məhkum təcridxanadan qaçıb.

Hüquq-mühafizə orqanlarının adını gizli saxlayan nümayəndəsi bildirib ki, çərşənbə günü axşam saatlarında Risafa təcridxanasının 11 blokundan birində məhkumlar qiyam qaldırıblar. 20-yə yaxın məhkum isə qarışıqlıqdan istifadə edərək qaçmağa müvəffəq olub.

Risafa təcridxanası İraqın Daxili İşlər Nazirliyinin binası yaxınlığında yerləşir. Bğdaddakı əsas təcridxanalarından sayılan Risafada məhkəmə hökmünü gözləyən şəxslər saxlanılır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar