Sakinlər qızın yanında gördükləri yerli din xadimini və onun iki dostunu bu məsələdə şübhəli biliblər.
Son günlər daha çox vəhşicəsinə törədilmiş zorlama xəbərləri ilə dünya mətbuatının gündəminə gələn Hindistanda daha bir analoji hadisə baş verib. ANS PRESS-in yerli mətbuata istinadən xəbərinə görə, Xaliabazar kəndinin yaxınlığında zorlanaraq ağacdan asılmış 7 yaşlı qız cəsədi tapılıb. Sakinlər bundan bir gün sonra qızın yanında gördükləri yerli din xadimini və onun iki dostunu bu məsələdə şübhəli biliblər.
Məlumata görə, kəndlilərin əhatəyə alaraq soyundurub döydüyü şübhəlilərdən biri ölüb, iki nəfərin isə vəziyyəti ağırdır. Bununla kifayətlənməyən yerlilər din xadiminin evini də yandırıblar.
Xatırladaq ki, bir müddət əvvəl Hindistanda ayaqyoluna gedən iki bacını zorlayaraq öldürüb, sonra onların cəsədini ağacdan asmışdılar.