Azyaşlı iraqlı qızı zorlayan ABŞ əsgəri özünü asdı
20 Fevral 2014 Cümə Axşamı 06:13
Həbsxana rəsmiləri Stiven Deyl Qrin adlı keçmiş əsgərin ötən həftə kamerasında ölü olaraq tapıldığı bildirilib.
14 yaşlı İraqlı qıza təcavüz edən ABŞ hərbçisi intihar edib.

ANS PRESS-in xəbərinə görə, 14 yaşlı İraqlı bir qıza təcavüz etmək və üç ailə üzvünü də öldürmək ittihamı ilə həbs olunan köhnə ABŞ hərbçisi həbsxana kamerasında özünü asıb.

2006-cı ildə hadisəni törətmiş keçmiş ABŞ hərbçisi ömürlük həbsə məhkum edilmişdi.

Dindirilmə zamanı prokurorlar Qrin adlı bu hərbçinin yanında 4 nəfər başqa əsgərlər də olduğunu bildiriblər. Hadisəni törətdiyi il 19 yaşında olan Qrin qrup başçısı olduğunu və cinayəti nindza paltarı geyinərək həyata keçirdiklərini etiraf etmişdi.

Qeyd edək ki, Arizonadakı həbsxana rəsmiləri Stiven Deyl Qrin adlı keçmiş əsgərin ötən həftə kamerasında ölü olaraq tapıldığı bildirilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar