Azərbaycanlıların Peterburqdakı küləvi davası toyla bitəcək
25 Fevral 2013 Bazar Ertəsi 02:33
Qız onu qaçıran oğlan ailə quracaq.
Rusiyanın Sankt-Peterburq şəhərinin Frunze rayonunda fevralın 19-da azərbaycanlılar arasında baş vermiş kütləvi dava toyla bitəcək. ANS PRESS-in “Fontanka”ya istinadən verdiyi məlumata görə, qız qaçırılması üstündə yaranan qarşıdurmanın tərəfləri razılığa gəliblər. Razılığa görə, qız onu qaçıran oğlanla ailə quracaq.

Barışıq barədə qərar ağsaqqalların iştirakı ilə əldə olunub. Azərbaycan diasporundan verilən məlumata görə, qızla ailə qurmaq istəyən digər gəncin heç bir etirazı yoxdur. “Tərəflər barışıb. Münaqişəyə son qoyulub”, - diaspordakı mənbə bildirib.

Ötən gün münaqişənin həll olunması üçün Azərbaycanın Şəmkir rayonundan bir qrup ağsaqqal Sankt-Peterburqa gedib. Barışığa diaspor və ictimai təşkilat nümayəndələrindən ibarət təxminən 300 adam şahidlik edib. Toplantı Neva prospektindəki “Korintiya” hotelinin zallarından birində keçirilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar