Azərbaycanlılar Jirinovskini məhkəməyə verdi
16 İyul 2014 Çərşənbə 10:20
Moskvada yaşayan azərbaycanlılar 100 mln rubl tələb edir.
Moskvada yaşayan azərbaycanlı vəkil ailəsi - Sadiq və Elmira Məmmədovlar Rusiya Liberal Demokrat Partiyasının (LDPR) lideri Vladimir Jirinovskini məhkəməyə veriblər.

ANS PRESS-in məlumatına görə, vəkil ailəsi Moskva şəhərinin Tver rayon məhkəməsinə müraciət edərək Jirinovskinin martın 11-də Dumada etdiyi çıxışında azərbaycanlıları təhqir etdiyini iddia ediblər.

Həmin məşhur çıxışında LDPR lideri deyib: “Azərbaycan sözü nə deməkdir? Mən sizin üçün rus dilinə tərcümə edirəm. “Azər” – “Xəzər dənizi”, “baca” isə diyar deməkdir. Yəni Xəzər dənizinin sahilində yaşayan insanlar, xəzərlilər. Xəzərlilər adında millət varmı? Yəni orada yaşayan insanlar. Biz Volqaboyu dediyimiz kimi. Orda isə marilər, tatarlar, başqırlar var”, - deyə Vladimir Jirinovski bildirmişdi.

Məmmədovlar ailəsi Jirinovskidən dəymiş zərər qarşılığında 100 mln rubl (2,2 milyon manat) tələb edir. Həmçinin Rusiya Dövlət Duması da məsələ ilə bağlı təkzib bəyanatı verib.

Əslində, Jirinovski tarix elmində hər kəsə məlum olan, amma rəsmən susmağa üstünlük verilən bir gerçəyi gündəmə gətirib. Azərbaycan adı Xəzər dənizi ilə deyil, Xəzər xaqanlığı ilə bağlıdır. Türkmən şairi Mahdımqulunun şeirlərində Azərbaycan sözü “Xəzərbeycan” kimi işlədilir. Sözbəsöz tərcümədə bu, Xəzər bəyliyinin yurdu adlanır. Xəzər xaqanlığının ilk mərkəzinin Dərbənddən 300 kilometr cənubda yerləşən Bələncər şəhəri olduğu nəzərə alınarsa, azərbaycanlıların məhz xəzərlərin törəməsi olduğunu isbat etməyə ehtiyac yoxdur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar