Anar Muradov koreyalı şagirdlərə Ermənistan işğalında olan Dağlıq Qarabağ həqiqətləri çatdırıb.
Bu gün Cənubi Koreya Respublikasının Dequ şəhərində təhsil alan azərbaycanlı tələbə Anar Muradov UNESKO-nun təşkil etdiyi CCAP proqramı (Cross Cultural Awareness Program) çərçivəsində cənubi koreyalı şagirdlərə dərs keçib.
Anar Muradov UNESKO-nun CCAP mədəniyyətlərarası proqramı vasitəsi ilə cənubi koreyalı məktəblilərə Azərbaycan mədəniyyəti, ölkəmizin qədim və müasir tarixi, Ermənistan işğalı altında olan Dağlıq Qarabağ həqiqətləri, milli sərvətləri, iqtisadiyyatı, adət-ənənələri Azərbaycan dili, milli mətbəximiz haqqında ətraflı məlumatlar çatdırıb.
Bundan əvvəl isə azərbaycanlı tələbə Anar Muradov BUTA Azərbaycan-Koreya Tələbə Təşkilatının Kyungpook Dövlət Universitetinin Sosial Elmlər fakültəsində “Odlar Yurdu” silsilə prezentasiyaların da Azərbaycanı təmsil edib.