Azərbaycanlı Rəşid İsmayılov Rusiyada nazir müavini oldu
07 Avqust 2014 Cümə Axşamı 15:18
Əslən azərbaycanlı Rəşid İsmayılov Rusiya rabitə və kommunikasiya nazirinin müavini təyin edilib.
Əslən azərbaycanlı Rəşid İsmayılov Rusiya rabitə və kommunikasiya nazirinin müavini təyin edilib.
ANS PRESS-inm məlumatına görə, Rəşid İsmayılov nazirin İT məsələləri üzrə müavini vəzifəsini icra edəcək. R.İsmayılov 20 ildən çoxdur ki, telekommunikasiya və İT sahəsində müxtəlif vəzifələrdə çalışıb.
O, Rusiya Rabitə və Kommunikasiya Nazirliyində 2013-cü ildən çalışır.
Qeyd edək ki, Rəşid İsmayılov 1965-ci il noyabrın 2-də Bakıda anadan olub. 1982-ci ildə Moskvada internat məktəbini bitirib.
Ali təhsilini 1988-ci ildə Lomonosov adına Moskva Dövlət Universitetində alıb. 2007-ci ildə isə Moskva Dövlət Texniki Universitetini bitirib. Rəşid İsmayılov ingilis, italyan, portuqal, türk, ispan, alman və fransız dillərini bilir.
DOSTLARINLA PAYLAŞ: