Azərbaycanlı Almaniyada deputatlığa namizəd seçilib
29 Sentyabr 2010 Çərşənbə 15:20
Azərbaycan-Almaniya Mədəniyyət Mərkəzinin rəhbəri Münhendən namizədliyini irəli sürüb.
Azərbaycanlı Almaniyada deputatlığa namizəd seçilib. ANS PRESS-in “İnterfaks-Azərbaycan” agentliyinə istinadən yaydığı xəbərə görə, bu barədə Azərbaycan-Almaniya mədəniyyət mərkəzindən bildirilib.

Azərbaycan-Almaniya Mədəniyyət Mərkəzinin rəhbəri Kəmalə Kərimova noyabrın 28-də keçiriləcək parlament seçkisində iştirak üçün Münhendən öz namizədliyini irəli sürüb.

K.Kərimova öz seçkiqabağı kampaniyasını genişləndirmək və görüşlər keçirməyi planlaşdırır. “Mən öz şansımı yüksək qiymətləndirirəm, çünki mənim namizədliyim kifayət qədər dəstəklənir”, - deyə o bildirib.

Onun sözlərinə görə, Münhendə yaşayan azərbaycanlılar, türklər, yəhudi lobbisinin nümayəndələri onu dəstəkləyir. “Reytinqlər cədvəlində, o cümlədən sosioloji sorğunun yekunlarına görə mən lider mövqelərdəyəm” - deyə o bildirib.

“Məqsədim Almaniyanın siyasi həyatında fəal iştirak etməkdir, yüksək tribunlardan mən Azərbaycan haqqında həqiqəti ictimaiyyətə çatdıracağam və dəstəyə ümid edirəm”, - deyə mərkəzin rəhbəri bəyan edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar