Azərbaycanla energetika sahəsində əməkdaşlıq Ukraynanın marağındadır
19 Aprel 2012 Cümə Axşamı 14:44
Bu fikirləri Ukrayna Ali Radasının sədri Vladimir Litvin səsləndirib.
“Azərbaycanla Ukrayna arasında energetika sahəsində əməkdaşlıq bizi çox maraqlandırır. Həmçinin strateji əhəmiyyətli enerji daşıyıcılarının nəqlinə nail olmaq və qaz sahəsində əməkdaşlıq etmək də bizim marağımıza uyğundur. Çünki biz mavi yanacaqla təmin olunmağımıza qarantiya almalıyıq, ikincisi isə, bu qaz arqumentləşdirilmiş, münasib qiymətlərlə satılmalıdır”. Bu fikirləri Ukrayna Ali Radasının sədri Vladimir Litvin Milli Məclisin sədri Oqtay Əsədovla görüşdən sonra keçirilən brifinqdə deyib.
Litvin qeyd edib ki, Ukraynaya sıxılmış qaz nəqli ilə bağlı Gürcüstan ərazisində bir zavod tikilməlidir. "Bundan başqa bu qazı nəql etmək üçün imkan və Ukraynada müvafiq terminalın tikilməsi zəruridir. İndi işə başlasaq, 5 il ərzində bu işləri həyata keçirə bilərik”.
Vladimir Litvin bildirib ki, Ukrayna TANAR layihəsinin gerçəkləşməsində maraqlıdır.
DOSTLARINLA PAYLAŞ: