Azərbaycanın Misirdəki səfirliyi "Qaynar xətt" yaradıb
28 Yanvar 2011 Cümə 19:45
Həmyerlilərimiz problem yaranacağı halda bu ünvana müraciət edə biləcək.
Azərbaycanın Misirdəki səfirliyi ölkədəki Azərbaycan vətəndaşları üçün “Qaynar xətt” yaradıb. Vətəndaşlar kütləvi iğtişaşlar nəticəsində hər hansı bir problemlə üzləşəcəkləri təqirdə bu ünvana müraciət edə biləcək.

Məlum olduğu kimi Misirdə mobil rabitə xətti və İnternetə giriş məhdudlaşıdırılıb. Azərbaycanın Misirdəki səfirliyi ölkədə yaşayan və təhsil alan azərbaycanlılara onların Vətəndəki qohumları ilə əlaqə yaratmaq üçün yardım edib. anspress



DOSTLARINLA PAYLAŞ:

oyunlar