Azərbaycan vətəndaşı Şimali Kipr Türk Cümhuriyyəti prezidentinin qızını soyub
10 Mart 2012 Şənbə 19:57
Şimali Kipr Türk Cümhuriyyətinin Qazımağusa (Famaqusta) şəhərində 4 müxtəlif yerdən elektrik cihazları, pul, ərzaq oğurlayan iki nəfər saxlanılıb.
APA-nın yerli mətbuata istinadən verdiyi məlumata görə, tutulan şəxslərdən biri Elnur Abıyev adlı Azərbaycan vətəndaşıdır. Digər şəxs – Ərtan Zəngin isə Türkiyə vətəndaşdır. Məhkəmə qarşısına çıxarılan hər iki şəxs haqqında 7 gün müddətinə həbs-qətimkan tədbiri seçilib.
Tutulan şəxslərin soyduğu məkanlar arasında Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Rəsmiyyə Canaltaya məxsus “Res-Tur” turizm agentliyinin ofisi də var. E. Abıyev və Ə. Zəngin prezidentin qızının iş yerindən 3 ədəd noutbuk, 3 ədəd cib telefonu, 1 ədəd kamera oğurlayıblar.
DOSTLARINLA PAYLAŞ: