Azərbaycan və NATO arasında FTƏP-in III mərhələsi razılaşdırılıb
30 Dekabr 2011 Cümə 16:46
III mərhələ 2012-2013-cü illəri əhatə edir.
19 dekabr 2011-ci il tarixində Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının (FTƏP) 3-cü mərhələsi Azərbaycan Respublikası və NATO arasında razılaşdırılıb. Bu barədə ANS PRESS-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Məlumata görə, 3-cü mərhələ 2012-2013-cü illəri əhatə edir. Sənəd siyasi və təhlükəsizlik; müdafiə və hərbi; ictimai məlumatlandırma, mülki fövqəladə planlaşdırma, elm və ətraf mühit məsələləri; inzibati məsələlər, məlumatların təhlükəsizliyi, resurslar və hüquqi məsələləri əhatə edən dörd bölmədən ibarətdir.

Məlumatda həmçinin bildirilir ki, Azərbaycanın NATO ilə FTƏP-in birinci fazası 2005-ci ildə təsdiq olunub. Həmin dövrdən bəri FTƏP iki fazada uğurla yerinə yetirilib və bu məqam ən müxtəlif səviyyələrdə NATO rəsmiləri tərəfindən yüksək qiymətləndirilib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar