Azerbaycan üçün cesusluq eden ermeni saxlanıldı
27 İyun 2013 Cümə Axşamı 22:59
Ermənistan Milli Təhlükəsizlik Xidməti Müdafiə Nazirliyinin əməkdaşlarından birini Azərbaycan üçün cəsusluq etməkdə günahlandırıb.
Ermənistan Milli Təhlükəsizlik Xidməti Müdafiə Nazirliyinin əməkdaşlarından birini Azərbaycan üçün cəsusluq etməkdə günahlandırıb. ANS PRESS-in Türkiyənin “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, Mane Movsisyan adlı şəxs Azərbaycanın xeyrinə cəsusluq etdiyi üçün saxlanılıb.

Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidmətinin verdiyi məlumatda Qafan şəhərində yaşayan Mane Movsisyanın azərbaycanlı bir dostu olduğu və həmin şəxsə Ermənistanın hərbi sirlərini verdiyi bildirilib.

M. Movsisyanın orduda xidmət etmədən əvvəl, 2012-ci ilin yanvar ayında Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarından biri ilə dostluq əlaqəsi yaratdığı, “odnoklassniki”, “mail.ru” və “Facebook” kimi sosial şəbəkələrdə onunla yazışdığı məlum olub.

İddiaya görə, M.Movsisyan Ermənistan Müdafiə Nazirliyində işə başlayandan sonra da bu dostluğu davam etdirib və Ermənistanın hərbi vəziyyəti haqqında məlumatları azərbaycanlı dostuna ötürüb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar