Azan oxunanda təyyarələr uçmayacaq
26 Dekabr 2012 Çərşənbə 17:40
İran daha bir qeyri-adi qanun qəbul edib.
İran parlamenti yeni qanun qəbul edib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bundan sonra azan oxunarkın təyyarələrə uçmağa icazə verilməyəcək. Bu barədə “Mehr” agentliyinə parlamentin mədəniyyət komitəsinin sədri Əli Tahiri bildirib.
Onun sözlərinə görə, bu qanun xüsusilə də sübh namazlarına aid olacaq. O qeyd edib ki, bu qanuna görə, hava limanlarında və aviaşirkətlərdə çalışan qadınların dress-koduna (geyim) xüsusi fikir veriləcək.
İran Milli Aviasiya Təşkilatının sədri Həmid Rza Pəhləvani isə bildirib ki, təyyarələr azandan 30 dəqiqə sonra havaya qalxacaq. O, bunu sərnişinlərin vaxtlı-vaxtında namazlarını qılmaları üçün əlverişli şəraitin olması ilə izah edib.
DOSTLARINLA PAYLAŞ: