Bu gün axşam Hindistan və Banqladeşdə güclü tropik qasırğası baş verib. ANS PRESS-in RİA Novosti agentliyinə istinadən yaydığı məlumata görə, qasırğa 17 nəfərin ölümünə səbəb olub.
"Ayla" qasırğası Benqal körfəzində formalaşıb və günün ikinci yarısında Banqladeşlə Hindistanın Qərbi Benqaliya ştatının sahilinə çatıb.
Sürəti saatda 120 kilometrə çatan külək evlərin damlarını aşırıb və ağacları kökündən qırıb.
Hindistanda qasırğa nəticəsində ən azı 12 nəfər həlak olub. Banqladeşdə isə qasırğa beş nəfərin həyatına son qoyub.