Ayla qasırğası 60 nəfərin həyatına son qoyub
26 May 2009 Çərşənbə Axşamı 15:50
Banqladeşdə 500 minə qədər insan ev-eşiyini tərk etməli olub

 

Dağıdıcı Ayla qasırğası Banqladeş və Hindistan sahillərini cənginə alıb. Təbii fəlakət nəticəsində ən azı 60 nəfərin həlak olduğu xəbər verilir.

Banqladeşdə 500 minə qədər insan ev-eşiyini tərk etməli olub. Verilən məlumata görə, Banqladeşdə həlak olanlardan 25-i uşaqdır. Onlar tropik qasırğa ilə müşayiət olunan leysan yağışlarının səbəb olduğu daşqın zamanı suda boğulublar.

Benqal körfəzində bəzi adalarla əlaqə kəsildiyindən ölənlərin saynının artacağı istisna olunmur. Ayla qasırğasının gətirdiyi güclü leysan yağışları suyun səviyyəsinin 3-4 metr qalxmasına səbəb olduğundan, sahilyanı zonada minlərlə daxma dağılıb, yüz minlərlə əhali ətraf aləmdən təcrid olunmuş vəziyyətə düşüb.

500 nəfərin itkin düşdüyü bildirilir. Bunlar əsasən qasırğadan əvvəl dənizə çıxmış balıqçılardır. Banqladeşin baş naziri Şeyx Hasina hərbi qüvvələrin iştirakı ilə xilasetmə işlərinin başlanmasına göstəriş verib. /ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar